Gəncədə yeniyetmələr arasında turnir keçirilir

XƏBƏR 2 May 2009 / 13:16 2151
-  A +

Gəncə Regional Futbol Federasiyasının təşkilatçılığı ilə Gəncə şəhərində Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibəti ilə yeniyetmələr arasında turnir keçirilir. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, yarışda 1994-1995-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş 13 komanda mübarizə aparır. Gəncənin 9 komandası ilə yanaşı, Göranboy, Daşkəsən və Göygölün təmsilçiləri də turnirdə iştirak edir. Final oyunu mayın 28-də keçiriləcək.
Yarışın qalibləri Gəncə Regional Futbol Federasiyası tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə təltif ediləcək.


Son xəbərlər