“Xəzər Lənkəran”dan püşklə bağlı ilk açıqlama

XƏBƏR 25 İyun 2012 / 16:52 3108
-  A +

“Mən hesab edirəm ki, bu il Avrokuboklarda iştirak edəcək komandalarımıza çox münasib rəqiblər düşüb. Bu sıraya “Xəzər Lənkəran” klubunu da daxil etmək olar.  Baxmayaraq ki, Estoniya futbolu son dövrlərdə inkişaf mərhələsindədir, fikrimcə, Azərbaycan klubları bu il avrokuboklarda öz sözünü deyəcək”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Xəzər Lənkəran” klubunun icraçı direktoru Höccət Hacıyev Avropa Liqasında püşkün nəticəsini dəyərləndirərkən deyib.

Xatırladaq ki, “Xəzər Lənkəran” Avropa Liqasının birinci mərhələsində Estoniyanın “Nomme Kalyu” klubuna rəqib olub.

İlk qarşılaşmada evdə oynamalarının onlar üçün nə qədər üstün olmasıyla bağlı sualı cavablandıran Hacıyev bunları söyləyib: “Birinci qarşılaşmanın harada keçirilməsinin fərqi yoxdur. Komanda maksimum əlindən gələni edəcək. Stadionumuza gəldikdə, tam hazır vəziyyətdədir. Avroliqanın ilk qarşılaşmasını öz stadionumuzda qəbul edə biləcəyik”.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord