Tanış olun: “Zestafoni”

Tanış olun: “Zestafoni”
XƏBƏR 25 İyun 2012 / 16:06 3608
-  A +

“Neftçi”nin Çempionlar Liqasındakı rəqibi olan Gürcüstanın “Zestafoni” klubu 2004-cü ilin iyunun 18-də yaradılıb.

Qol.Az-ın məlumatına görə, bu komanda eyniadlı şəhəri təmsil edir. Bu şəhərin futbol tarixi 1918-ci ilə gedib çıxır. Həmin vaxt Zestafoni şəhərinin yığma komandasının əsası qoyulub. Bundan sonra şəhərin müxtəlif adda komandaları Gürcüstan çempionatında yarışıb.

2004-cü ildə isə şəhərdə “Zestafoni” adında yeni komanda formalaşdırılıb. Klubun himayəçisi “Ferro” Səhmdar Cəmiyyətidir. Komanda ev oyunlarını səkkiz min tutumu olan David Abaşidze adına Zestafoni şəhər stadionunda keçirir.

Komanda Gürcüstan çempionatında ilk uğuru 2007/08-ci ildə əldə edib. Həmin vaxt komanda bürünc medalı və Gürcüstan kubokunu qazanıb. 2009-10-cu ildə “Zestafoni” növbəti dəfə ölkə çempionatında ücüncü yeri tutub.

2010-11 mövsümündə “Zestafoni” tarixində ilk dəfə Gürcüstan çempionu olub. Komanda 2011-12 mövsümündə də bu titulunu qorumağı bacarıb. Klub dalbadal iki dəfə Gürcüstan superkubokuna da sahib çıxıb.

“Neftçi”dən fərqli olaraq, “Zestafoni”nin son mövsümdə cəmi bir legioner futbolçusu – kamerunlu hücumçu Şeun Ovonikoko olub. Klubun baş məşqçisi Georgi Çiabrişvilidir.

Komandada son mövsümdəki heyətindəki futbolçuların hamısı Gürcüstanı təmsil edib. 

Komanda 2007-ci ildən ölkəsini Avropa kuboklarında təmsil edir. “Zestafoni”nin qitə miyqaylı yarışda ən böyük uğuru 2010-11-ci il mövsümünə təsadüf edir. Həmin vaxt komanda Avroliqada iki mərhələ adlamağı bacarıb. Ümumilikdə “Zestafoni”nin avrokuboklarda göstərdiyi nəticələr belə olub:

2007. İntertoto kuboku.
1-ci mərhələ. “Zestafoni” – “Tobol” (Belarus) – 2:0 (evdə), 0:3 (səfərdə)

2008-09. UEFA kuboku
1 m. “Zestafoni” – “Gyori” (Macaristan) – 1:2, 1:1

2009-10. Avropa Liqası
1 m. “Zestafoni” – “Lisburn” (Şimali İrlandiya) – 6:0, 5:1
2 m. “Zestafoni” – “Helsinqborqs” (İsveç) – 1:2, 2:2
 
2010-11. Avropa Liqası
1 m. “Zestafoni” – “Faetona” (San Marino) – 5:0, 0:0
2 m. “Zestafoni” – “Dukla” (Slovakiya) – 3:0, 0:1
3 m. “Zestafoni” – “Karpatı” (Ukrayna) – 0:1, 0:1
 
2011-12. Çempionlar Liqası
1 m. “Zestafoni” – “Daçia” (Moldova) – 3:0, 0:2
2 m. “Zestafoni” – “Şturm” (Avstriya) – 1:1, 0:1

Avropa Liqası
Pley-off. “Zestafoni” – “Brügge” (Belçika) – 3:3, 0:2


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı