“Neftçi” püşkün nəticəsini dəyərləndirdi

“Neftçi” püşkün nəticəsini dəyərləndirdi
GÜNDƏM 25 İyun 2012 / 15:46 3172
-  A +

“Neftçi” klubu bu gün keçirilən Çempionlar Liqasının püşkünün nəticəsini dəyərləndirib.

Hazırda Türkiyədə olan klubun vitse-prezidenti Tahir Sülüymanov Qol.Az saytının müxbiri ilə söhbətində deyib ki, onlar rəqibləri olan Gürcüstan çempionu “Zestafoni”yə hörmətlə yanaşırlar.

“Hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır. Eyforiyaya qapılmaq olmaz. Çünki bu, klubumuzun əleyhinə işləyə bilər. Təbii ki, “Zestafoni” üzərində qələbə qazanmaq lazımdır. Kim “Zestafoni”ni zəif sayırsa, yanılır” – deyə o qeyd edib.
 
“İlk qarşılaşmanın Bakıda keçirilməsini komanda üçün üstünlük hesab etmək olarmı” sualını cavablandıran Süleymanov bunları söyləyib: “Əgər komanda futbol oynayırsa, bunu elə bir önəmi yoxdur”.

“Siz rəhbərlik olaraq püşkün nəticəsindən razı qaldınızmı” sualını cavablandıran Tahir Süleymanov bunları deyib: “Məsələlərə bir qədər obyektiv yanaşmaq lazımdır. Təbii ki, potensial rəqiblərimizdən olan “Dinamo” (Zaqreb), “Partizan” və “Slovan” kimi güclü rəqiblərlə bir qrupda yer almışdıq. Lakin qarşımıza “Zestafoni” komandası çıxdı. Ancaq bir daha vurğulayıram ki, eyforiyaya qapılmaq düz olmaz”.

 

Daha çox


Son xəbərlər