Del Boske: “Ronaldoya qarşı xüsusi müdafiəmiz olacaq”

Del Boske: “Ronaldoya qarşı xüsusi müdafiəmiz olacaq”
AVRO-2012 25 İyun 2012 / 14:38 2704
-  A +

İspaniya millisinin baş məşqçisi Visente del Boske “Avro-2012”nin yarımfinalında qarşılaşacaqları Portuqaliyanı məğlub edəcəklərinə inandığını deyib.

Qol.Az-ın məlumatına görə, o xatırladıb ki, iki il əvvəl dünya çempionatında Portuqaliyaya qalib gəliblər: “Eyni uğuru bu dəfə də təkrarlamaq istəyirik”.

Rəqib futbolçu Kriştiano Ronaldoya qarşı xüsusi taktika seçiləcəyi haqda suala cavabında isə del Boske deyib: “Təbii ki, Ronaldoya qarşı xüsusi müdafiəmiz olacaq. Qarşıdakı oyundan azarkeşlərimizin dəstəyinə ehtiyacımız var”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı