“Rəvan” adını və məkanını dəyişir

“Rəvan” adını və məkanını dəyişir
XƏBƏR 25 İyun 2012 / 12:12 2951
-  A +

Növbəti mövsümə daha iddialı hazırlaşan, baş məşqçi postuna Türkiyənin tanınmış mütəxəssislərindən olan Cevat Güleri gətirən “Rəvan” adını və məkanını dəyişir.

Qol.Az-ın məlumatına görə, buna qədər ev oyunlarını Mərdəkanda keçirən komanda birdəfəlik bu qəsəbəyə köçməyə qərar verib. Burada əsas məqsədlərdən biri də azarkeş dəstəyi əldə etməkdir. Komanda bu məqsədlə adını da dəyişməyə qərar verib. Böyük ehtimalla, “Rəvan” 2012-13-cü il mövsümündə Unibank Premyer Liqasında “Rəvan Mərdəkan” adı altında çıxış edəcək. Artıq rəhbərlik bununla bağlı sənədləşmə işlərini də yekunlaşdırmaq üzrədir.

Qeyd edək ki, daha öncə bu praktikadan AZAL istifadə etmişdi. Belə ki, “təyyarəçilər” 2010-11-ci il mövsümdən etibarən paytaxtı tərk edərək, Şüvəlan qəsəbəsinə yollanmış və bu qəsəbəni təmsil etməyə başlamışdır. Məhz bundan sonra komanda oyunlarına azarkeş toplamağa nail olmuşdu. 

Mənbə: "Futbol+" qəzeti

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı