"Neftçi"nin ÇL-dəki rəqibi müəyyənləşdi (YENİLƏNİB)

"Neftçi"nin ÇL-dəki rəqibi müəyyənləşdi (YENİLƏNİB)
GÜNDƏM 25 İyun 2012 / 15:23 6587
-  A +

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasında I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.

Qol.Az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq püşkatma zamanı son Azərbaycan çempionu "Neftçi"nin rəqibi bəlli olub.

İlk öncə I təsnifat mərhələsində qitənin ən zəif 6 çempionatının qaliblərinin rəqibləri müəyyənləşib. Ardından isə II təsnifat mərhələsində bütün komandaların rəqiblərinə adınlıq gəlib.

Artıq "Neftçi"nin rəqibi bəlli olub. Son Azərbaycan çempionu Gürcüstanın "Zestafoni" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk görüşləri iyulun 17-18-də, cavab qarşılaşmaları isə bir həftə sonra - ayın 24-25-də keçiriləcək.

 


I təsnifat mərhələsi (3-4 iyul)

“Linfild” (Şimali İrlandiya) - “Torshavn” (Farer adaları)

“Dudelanj” (Lüksemburq) - “Tre Penne” (San-Marino)

“Valletta” (Malta) - “Lusitanos” (Andorra)




II təsnifat mərhələsi (17-18 iyul)

"Neftçi" (Azərbaycan) - "Zestafoni" (Gürcüstan)

“Skenderbeu” (Albaniya) - “Debretsen” (Macarıstan)

“Maribor” (Sloveniya) - “Jelezniçar” (Bosniya və Herseqovina)

“Jilina” (Slovakiya) - “Hapoel” (Kiryat, İsrail)

BATE (Belarus) - “Vardar” (Makedoniya)

AEL (Kipr) - “Linfild” (Şimali İrlandiya) - “Torshavn” (Farer adaları)
 cütünün qalibi ilə

“Şemrok Rovers” (İrlandiya) - “Ekranas” (Litva)

“Flora” (Estoniya) - “Bazel” (İsveçrə)

TNS (Uels) -  “Helsinqborq” (İsveç)

HİK (Finlandiya) - “Reykyavik” (İslandiya)

“Molde” (Norveç) - “Ventspils” (Latviya)

“Dudelanj” (Lüksemburq) - “Tre Penne” (San-Marino) cütünü qalibi - “Zalsburq” (Avstriya)

“Slovan” (Çexiya) - “Şaxtyor” (Qazaxıstan)

“Ludoqorets” (Bolqarıstan) -  “Dinamo” (Xorvatiya)

“Uliss” (Ermənistan) - “Şerif” (Moldova)

“Valletta” (Malta) - “Lusitanos” (Andorra) cütünün qalibi - “Partizan” (Serbiya)

“Buduçnost” (Çernoqoriya) - “Slask” (Polşa)

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı