Prandelli: "Komandam qələbəni haqq etdi"

Prandelli: "Komandam qələbəni haqq etdi"
AVRO-2012 25 İyun 2012 / 03:56 2543
-  A +

"Bu oyunda bütün bacarığımızı ortaya qoyduq. İngiltərəyə qarşı çox yaxşı oynadıq və qələbəni haqq etdik".

Qol.Az-ın məlumatına görə, bu sözləri İtaliya millisinin baş məşqçisi Çezare Prandelli İngiltərə ilə oyundan sonra (4:2) keçirilən mətbuat konfransında deyib

İtaliyalı mütəxəssis yaxşı oynamaqlarına baxmayaraq, qələbə üçün bir qədər gözləməli olduqlarını bildirib: "Turnirin yaxşı komandalarından birinə qarşı oyunda sonadək mübarizə apardıq. Buna görə oyunçularıma təşəkkür edirəm.

İngilislərin hava və standart vəziyyətlərdən təhlükəli ötürmələrinin də qarşısını almağı bacardıq. Lakin qələbəni bir qədər gözləməli olduq. Bununla belə, qələbə qazanaraq yarımfinala adladıq. Hələlik bu qələbini bayram edəcəyik. Bunun ardından isə Almaniya ilə oyuna hazırlaşacağıq".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın