Venger: "Van Persinin heç bir günahı yoxdu"

Venger: "Van Persinin heç bir günahı yoxdu"
GÜNDƏM 25 İyun 2012 / 01:47 1910
-  A +

"Arsenal" klubunun baş məşqçisi Arsen Venger komandasının hollandiyalı hücumçusu Robin Van Persiyə dəstək çıxıb.

Qol.Az-ın məlumatına görə, "De Telegraaf"a açıqlama verən fransalı mütəxəssis Van Persiyə haqsızlıq edildiyini bildirib:

"Hollandiyalı azarkeşlər məndən Van Persinin nə üçün "Arsenal"dakı oyununu millidə nümayiş etdirə bilməməsini soruşurlar. Məncə, bu, komanda yoldaşları ilə bağlı problemdir. "Avro-2012"də Van Persinin oyununu yaxından izlədim. Diqqət etsəniz, görəcəkdiniz ki, hücumçu qol vurmaq üçün əlindən gələni etdi. Ancaq onu topla təmin etmirdilər.
 
Bununla belə, Hollandiyada Van Persiyə haqsızlıq edirlər. Düşünürəm ki, Van Persi turnirin ən yaxşı hücumçularından biri idi. O, hətta Huntelardan da yaxşı oyunçudur. Lakin Van Persinin komanda yoldaşları onu başa düşmürdü. Ona görə də, burada Van Persinin heç bir günahı yoxdur".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord