"Mets" klubunun futbolçusu rəsmən "İnter"də

"Mets" klubunun futbolçusu rəsmən "İnter"də
XƏBƏR 25 İyun 2012 / 00:35 2153
-  A +

Transfer çalışmalarını davam etdirən Bakının “İnter” klubu daha bir futbolçuyla müqavilə bağlayıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "bankirlər" Konqo millisinin oyunçusu Brüs Abdulaye ilə müqavilə imzalayıb.

31 yaşlı müdafiəçinin son klubu Fransa “Mets”i olub. Brüs karyerası ərzində Fransanın “Qrenobl", “Senart-Moissi” və "Klermon", İsveçrənin “Lozanna” klublarının formasını geyinib.

Qeyd edək ki, futbolçu ilə bir illik müqavilə bağlanılıb.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı