Bekenbauer oğlunun adını İbrahimoviç qoydu

Bekenbauer oğlunun adını İbrahimoviç qoydu
XƏBƏR 25 İyun 2012 / 00:13 1796
-  A +

Braziliyada Franz Bekenbauer adlı bir şəxs yeni doğulmuş oğluna İsveçin ulduz futbolçusu Zlatan İbrahimoviçin adını verib.

Qol.Az-ın "Sporx.com"a istinadən verdiyi məlumata görə, Almaniya futbolunun canlı əfsanəsi Franz Bekenbauerin adını daşıyan braziliyalı ata öz oğluna da fanatı olduğu oyunçunun adını qoyub.

Körpəyə İbrahimoviçin adının verilməsi ata Bekenbauerin ailəsində daha öncə etirazla qarşılansa da, sonradan razılıq əldə olunub. Vaxtilə valideynlərinin də ona Bekenbauerin adını verdiyini xatırladan ata oğlunun Braziliyanın "Santa Kruz" klubunun ulduz futbolçusuna çevriləcəyinə inandığını bildirib. 

Qeyd edək ki, yeni doğulmuş körpənin rəsmi adı Zlatan İbrahimoviç Lima da Silva olaraq göstərilib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı