Podolski: "Avro-2012"də final oynamaq istəyirik"

Podolski: "Avro-2012"də final oynamaq istəyirik"
AVRO-2012 25 İyun 2012 / 00:01 2347
-  A +

Almaniya milli komandasının hücumçusu Lukaş Podolski "Avro-2012" ilə bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, polşa əsilli futbolçu komandası ilə final oynamaq istədiyini bildirib:

"Yarımfinalda hansı komanda ilə qarşılaşmağımızın bizim üçün fərqi yoxdu. Artıq əsas hədəfimiz finalda oynamaqdır. Bu dəfə çempionluğu qaçırmaq istəmirik. Yeni mövsümdən "Arsenal"da çıxış edəcəyəm. Arsen Venger kimi təcrübəli mütəxəssislə işləmək olduqca qürurvericidir. Ancaq hələlik "Avro-2012" haqda düşünürəm".

Qeyd edək ki, Almaniya millisi yarımfinalda İngiltərə - İtaliya cütünün qalibi ilə qarşılaşacaq.


Son xəbərlər