Rauf Mehdiyev Çempionlar Liqasından danışdı

Rauf Mehdiyev Çempionlar Liqasından danışdı
XƏBƏR 24 İyun 2012 / 19:51 1952
-  A +

"Hazırki məşqlərimiz əsasən fiziki göstəricilərimizin yaxşılaşmasına hesablanıb. Hazırlıqda mən və Saşa Stamenkoviçlə yanaşı iki gənc qapıçı, Rəşad Əzizli və Emil Balayev də iştirak edir. Onların əsas komanda ilə məşqlərə cəlb olunması təcrübə qazanmaqları baxımından çox vacibdir”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi” klubunun qapıçısı Rauf Mehdiyev Türkiyə toplanışı haqda danışarkən deyib.

Mehdiyev klubun rəsmi saytına açıqlamasında məqsədlərinin Çempionlar Liqasında layiqli oyun nümayiş etdirmək olduğunu vurğulayıb: “Təbii ki, rəqibin hansı komanda olacağı da önəm kəsb edir".

Son xəbərlər