Ağasəlim Mircavadov Ağdam xatirələrini yada saldı: “Döyüş gedə-gedə futbol oynayırdıq”

Ağasəlim Mircavadov Ağdam xatirələrini yada saldı: “Döyüş gedə-gedə futbol oynayırdıq”
ÖLKƏ FUTBOLU 1 May 2009 / 22:02 2542
-  A +

“Qarabağ”da 5 il işləmişəm. Ağdam camaatına, şəhərin özünə də yaxşı bələdəm. Orada futbolu çox sevirdilər. Ağdam, “Qarabağ” azarkeşləri həmişə digər azarkeşlərdən seçiliblər. O vaxtı Lvovun “Karpatı”, Xarkovun “Matallist”, Nalçikin “Spartak” klubları SSRİ çempionatının oyunlarını keçirmək üşün Ağdama gəlirdilər. Bunlar isə elə-belə klublar deyildi. Hazırda hamısı  Ukrayna və Rusiyanın yüksək liqalarında oynayırlar. Ağdamda keçirdiyim son günləri də yaxşı xatırlayıram. O zamanlar artıq müharibə gedirdi. Təsəvvür edin, döyüş gedə-gedə futbol oynayırdıq. Yadımdadır, son oyunumuzu 1993-cü ildə kubokda “Turan” a qarşı keçirdik. Hətta həmin qarşılaşmadan sonra iki gün orada da qaldıq və sonra şəhəri tərk etdik. Bir müddət sonra isə eşitdik ki, artıq Ağdam işğal olunub”. Bu sözləri Qol.Az-a Ağdam təəssüratlarını bölüşən “Qarabağ”ın sabiq baş məqşçisi Ağasəlim Mircavadov deyib. Mütəxəssis uzun fasilədən sonra “Qarabağ”ın yenidən doğma bölgəyə səfərinə və “İnter”lə oyuna da münasibətini bildirib: “16 ildən sonra yenidən doğma torpaqda oyuna çıxmaq əlamətdar hadisədir. Məsiliyyəti də böyükdür. Ona görə də “Qarabağ” belə bir gündə heç vaxt oyun uduzmaq istəməz. Hər iki tərəf üçün çətin olacaq. “İnter”i bir qədər rahat saymaq olar, çünki “Qarabağ”dan fərqli olaraq onların kubok matçları ağır keçməyib və Xodukinin komandası elə də çox güc itirməyib. Məncə bu matç çempionluğun da taleyinə böyük ölçüdə aydınlıq gətirəcək”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı