“Xəzər Lənkəran” Rumıniya klubu ilə sülhə razılaşdı

“Xəzər Lənkəran” Rumıniya klubu ilə sülhə razılaşdı
ÖLKƏ FUTBOLU 25 İyun 2012 / 00:05 4562
-  A +

Avstriyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün üçüncü yoxlama oyununu keçirib.

Qol.Az-ın məlumatına görə, Yunis Hüseynovun komandası Rumıniyanın “Vaslui” klubuyla qarşılaşıb.

Oyunun əvvəlində hesabı açan Rumıniya təmsilçisi fasilədən sonra üstünlüyünü əldən verib. Yenidən "Xəzər Lənkəran"a qayıdan Manuel Skarlatakenin vurduğu qol görüşdə yekun nəticəni müəyyənləşdirib - 1:1.

Xatırladaq ki, bundan öncə “Dinamo”ya (Kiyev) klubuna 0:2 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” Almaniya təmsilçisi “Starnberq”ə isə qalib gəlmişdi - 6:0.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın