Son yarımfinalçı İtaliya oldu

Son yarımfinalçı İtaliya oldu
AVRO-2012 25 İyun 2012 / 02:24 4746
-  A +

Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçirilən Avropa çempionatında bu gün 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.

Qol.Az-ın məlumatına görə, son oyun günündə daha bir qarşılaşma baş tutub.

D qrupunun lideri İngiltərə millisi C qrupunun ikincisi İtaliya ilə qarşılaşıb. Şansları eyni dəyərləndirilən bu iki komandanın duelindən hansının qalib ayrılacağı isə böyük maraq doğururdu. 

Əsas vaxtı 0:0 başa çatan görüşdə əlavə vaxta ehtiyac duyulub ki, burada da qapılara qol vurulmayıb. Oyundan sonra təyin olunan penalti zərbələrində daha dəqiq oynayan İtaliya millisi adını yarımfinala yazıdırıb.  

Qeyd edək ki, bu cütün qalibi yarımfinalda Almaniya millisi ilə qarşılaşacaq.




24 iyun

"Avro-2012"də 1/4 finalın görüşləri

İngiltərə - İtaliya - 0:0 (Penaltilər seriyası - 2:4 )

İngiltərə: + + - -

İtaliya: + - + + +

Baş hakim: Pedru Proensa (Portuqaliya)

İngiltərə: Hart, Conson, Eşli Koul, Terri, Leskot, Cerrard, Yanq, Milner (Uolkot, 61), S.Parker (Henderson, 93), Runi, Uelbek (Kərol, 60)

İtaliya: Buffon, Balzaretti, Abate, Barzaqli, Bonucci, Markisio, De Rossi (Noserino, 80), Montolivo, Pirlo, Balotelli, Kassano (Diamanti, 78)




21 iyun

Çexiya – Portuqaliya - 0:1
Qol:
Ronaldo, 79 (0:1)
Baş hakim: Hovard Uebb (İngiltərə)


Çexiya: Çex, Selassie, Kadleç, Sivok, Limberski, Plasil, Hübsşman (Pekhart, 87), Pilar, Jiraçek, Darida (Rezek, 61), Baroş

Portuqaliya: Patrisio, Peryra, Alveş, Pepe, Koentrao, Veloso, Moutinyo, Meyreleş (Rolando, 88), Nani (Kuştidio, 84), Poştiqa (Almeyda, 40), Ronaldo



22 iyun

Almaniya – Yunanıstan - 4:2
Qollar: Lam, 39 (1:0), Samaras, 55 (1:1), Xedira, 61 (2:1), Kloze, 68 (3:1), Reus, 74 (4:1), Salpinqidis, 89 (4:2)
Baş hakim: Damir Skomina (Sloveniya)

Almaniya: Noyer, Hummels, Badştuber, Lam, Boatenq, Xedira, Şvaynştayger, Məsut Özil, Şürle (Müller, 67), Reus (Qötze, 80), Kloze (Qomez, 80)

Yunanıstan: Sifakis, Maniatis, Tzavellas (Fotakis, 46), Papadopoulos, Torossidis, Papastatopoulos, Makos (Liberopoulos, 72), Ninis (Gekas, 46), Katsouranis, Samaras, Salpinqidis



23 iyun

İspaniya – Fransa - 2:0
Qollar:
Xavi Alonso, 19 (1:0), 90+1-pen (2:0)
Baş hakim: Nikola Rissoli (İtaliya)

İspaniya: Kasilyas, Arbeloa, Pike, Ramos, Xordi Alba, Xavi, Buskets, Xabi Alonso, İniyesta (Kazorlo, 84), D.Silva (Pedro, 65), Fabreqas (Torres, 67)

Fransa: Loris, Reveillere, Rami, Kosielni, Klişi, Debuşi (Menez, 64), Kabaye, M'vila (Jiru, 79), F.Maluda (Nəsri, 64), K.Benzema, Riberi


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın