Valentin Xodukin: “Ağdamda çox şey həll olunacaq”

XƏBƏR 1 May 2009 / 17:59 2139
-  A +

“Heç vaxt hansısa oyunla bağlı proqnoz verməmişəm. Çünki bunu xoşlamıram. Meydançaya çıxıb mübarizə aparmaq lazımdır. Kimin güclü olduğu 90 dəqiqənin sonunda bilinəcək”. Bu sözləri “Qarabağ”la çətin Ağdam səfərin öncəsi Qol.Az-a “İnter”in baş məşqçisi Valentin Xodukin deyib. Ukraynalı mütəxəssis Quzanlıdakı matçın çox şeyi həll edəcəyini deyib: “Oyuna normal qaydada hazırlaşırıq. “Qarabağ”a hörmətlə yanaşırıq. Çünki, bu klub asanlıqla məğlub ediləsi klub deyil. Üstəlik, onlar evdə, öz azarkeşlərinin qarşısında çıxış edəcəklər. Futbolsevərləri çox maraqlı bir qarşılaşmanın gözlədiyini deyə bilərəm. Çempionluğa oynadığımızdan qələbədən başqa bir şey haqqında düşünmürük. Sona cəmi 3 tur qalıb və “Qarabağ”la səfər oyunumuz sonuncu çətin mane sayılır. Bir sözlə, Ağdamda çox şey həll olunacaq”.


Son xəbərlər