“Qəbələ” “Xəzər-Lənkəran” önünə baş məşqçisiz çıxacaq

XƏBƏR 1 May 2009 / 16:31 2015
-  A +

“İnter”lə ölkə kubokunun “Şəfa” stadionunda keçirilən ilk matçında etdiyi emosionallığa və hakimlərin qərarına kəskin etirazına görə, baş hakim tərəfindən tribunaya göndərilən “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov komandasını çətin vəziyyətə salıb. Qol.Az-ın məlumatına görə, bu gün keçirilən İntizam Komitəsinin növbəti iclasında gənc məşqisi etdiyi hərəkətin müqabilində 1 oyunluq cəzalandırılıb. Bu səbəbdın o, növbəti tur Lənkəranda “Xəzər-Lənkəran” a qarşı keçiriləcək matçı texniki zonadan deyil, tribunadan izləyəcək. Məmmədovun hərəkəti  “Qəbələ” klubunu da 2000 manat ziyana salıb. Həmin oyunun 78-ci dəqiqəsində rəqibini bilərəkdən təpiklə vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan “Qəbələ”nin futbolçusu Anar Qasımov isə  2 oyunluq cəzalandırılıb, klubu isə 2000 manat cərimə olunub.

 

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı