"Mənim qiymətim 900 min avro deyil"

"Mənim qiymətim  900 min avro deyil"
ÖLKƏ FUTBOLU 1 May 2009 / 16:06 2503
-  A +

Bu yaxınlarda Almaniyanın məhşur “Transfermarket” portalının açıqladığı son siyahıda Azərbaycanda ən bahalı yerli futbolçu kimi “Neftçi”nin və Azərbaycan millisinin müdafiəçisi Rail Məlikovun adı göstərilib. Almanların fikrincə, Məlikovun transfer qiyməti 900 min avrodur. Futbolçu özü isə Qol.Az-a açıqlamasında məsələyə aydınlıq gətirərək göstərilən məbləğin həddindən artıq çox olduğunu deyib: “Bundan mənim də xəbərim var. Münasibətimə gəlincə, hər halda göstərilən  məbləğ yaxşıdır. Amma real olsa lap yaxşı olardı (gülür). Təbii ki, 900 min avro almıram. O pulun 50 faizini alsam sevinərəm. Mən almanların hansı kriteriyalara əsasən belə məbləğ açıqladıqlarını bilmirəm. Görünür, həm klubda, həm də millidə mütəmmadi oynayan futbolçulara yuxarı qiymət qoyulur. Bununla belə düşünürəm ki, Azərbaycanda bu məbləğə layiq yerli futbolçular var. Sadəcə bizim futbol hələ o səviyyəyə çatmayıb ki, burada yerli futbolçulara sizin dediyiniz qədərr məbləğ versinlər. Ölkə xaricinə çıxsaq yəqin ki, bizə də o qədər pul ödəyərlər”.


 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın