“Neftçi” Zaur Ramazanovdan əl çəkmir

XƏBƏR 1 May 2009 / 14:37 2283
-  A +

Premyer Liqanın XXIII turu çərçivəsində 26 aprel 2009-cu il tarixində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş “Neftçi” – “Qarabağ” oyununun 60-cı dəqiqəsində baş hakim Rövşən Əhmədov tərəfindən “Neftçi” klubunun futbolçusu Dmitri Kruqlova göstərilən sarı vərəqənin ləğv edilməsi, “Qarabağ” klubunun futbolçusu Zaur Ramazanova qırmızı vərəqə verilməsi və hakimin cəzalandırılması ilə bağlı “Neftçi” klubu AFFA-nın İntizam Komitəsinə müraciət etmişdi. İntizam Komitəsi isə qeyd olunan epizodda hakimin göstərdiyi vərəqələrin düzgün olması ilə bağlı qərar çıxarmışdı. Bununla əlaqədar, “Neftçi” tərəfi 29 aprel 2009-cu il tarixində AFFA rəhbərliyinə ünvanladığı müraciətdə İntizam Komitəsinin qərarına Apellyasiya və Ekspert Komitəsi tərəfindən baxılmasını xahiş etmişdi. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə Apellyasiya və Ekspert Komitəsinin bu gün keçirilən iclasında qeyd olunan məsələ müzakirə olunub və təkrarən baxılması üçün yenidən İntizam Komitəsinə göndərilib


 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı