“Simurq”un ən vacib oyunu "Bakı" ilə olacaq

XƏBƏR 30 Aprel 2009 / 20:54 1989
-  A +

 

“Simurq”un rəsmi internet saytında daha bir sorğuya yekun vurulub. 10 gün ərzində "medallar uğrunda mübarizədə hansı oyun "Simurq" üçün həlledici olacaq" sualını cavablandıran azarkeşlər və saytın istifadəçilərinin böyük əksəriyyəti "Bakı" ilə oyunu daha əhəmiyyətli hesab edir. Belə fikirdə olan insanların sayı ümumi respondentlərin 45,24 faizinə bərabərdir. Əhəmiyyətliliyinə görə 2-ci yerdə "Xəzər-Lənkəran"la oyun durur: 26,19 faiz. "Bütün oyunlar vacibdir" cavabını isə 19,05 faiz respondent seçib. "Standard"la qarşılaşma 7,14, "Qəbələ" ilə görüş isə cəmi 2,38 faiz səs toplayıb.

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı