Sabah tələbələrin II Respublika çempionatının açılışı olacaq

XƏBƏR 30 Aprel 2009 / 17:56 2178
-  A +

AFFA, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Tələbə Futbol Federasiyasının birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş universitet tələbələri arasında II Respublika çempionatının açılış mərasimi mayın 1-də saat 12:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Çempionatda 34 komanda iştirak edəcək.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş universitet tələbələri arasında I Respublika çempionatı 2008-ci il aprelin 18-də start götürmüş və mayın 31-də başa çatmışdı. 32 komandanın mübarizə apardığı çempionatın finalında Azərbaycan Kooperasiya Universitetinə qalib gələn Naxçıvan Dövlət Universiteti çempion adını qazanmışdı. I Respublika çempionatının qalibi olan Naxçıvan Dövlət Universitetinin komandası tələbələr arasında Avropa çempionatında çıxış etmişdi.

 


Son xəbərlər