Coko Haciyevski: “Futbolçu ürəkdən başqa, gərək ağılla da hərəkət etsin"

Coko Haciyevski: “Futbolçu ürəkdən başqa, gərək ağılla da hərəkət etsin"
XƏBƏR 30 Aprel 2009 / 17:17 2199
-  A +

Dünənki kubok oyununda “Qarabağ”a məğlubiyyətdən sonra “Bakı”nın baş məşqçisi Coko Haciyevskinin qarşılaşma haqda fikirləri klubun rəsmi saytında yer alıb. Makedoniyalı mütəxəssis qarşılaşmanın gedişində qırmızı vərəqə alaraq, komandasını pis vəziyyətdə qoyan Evlin Əliyevin çıxışına toxunub: “İkinci qolda səhvi Elvin Əliyev etdi. Oyunun gərgin vaxtında o öz hisslərini cilovlaya bilmədi və komandamızı azlıqda qoydu. Düzdü, o oyuna ürəklə hazırlaşmışdı. Lakin ürəkdən başqa futbolçu gərək ağılla da hərəkət etsin”.

 

Daha çox


Son xəbərlər