Futbolçularımız “Rubin”in qapısından 3 cavabsız qol keçirtdilər

XƏBƏR 30 Aprel 2009 / 14:02 2020
-  A +

Qazaxıstanın Almatı şəhərində təşkil olunan «Prezident kuboku» turnirində AFFA-nın Futbol akademiyasının «Akademiya» komandası bu gün son oyununu keçirib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, təmsilçimizin rəqibi Rusiyanın «Rubin» (Kazan) klubu olub. Qarşılaşma 3:0 hesabı ilə «Akademiya»nın xeyrinə başa çatıb. Nuran Qurbanovun dubl etdiyi oyunda üçüncü qolu Kazım Kazımlı vurub.


Son xəbərlər