“Qarabağ”da sakitlikdi

XƏBƏR 14 İyun 2012 / 14:32 1839
-  A +

Avrokuboklara vəsiqə qazana bilməyən “Qarabağ” növbəti mövsümün planlarını cızır.

Komandanın baş məşqçisi Qurban Qurbanovun Qol.Az-a verdiyi məlumata görə, hələ ki, düşərgədə sakitlikdi və ciddi bir yenilik yoxdur: “Futbolçular istirahətdədir, biz isə iş başında. Hələ ki, yenilik yoxdur. Amma çalışmalarımız davam edir, bir neçə futbolçu ilə danışıq aparırıq. Konkret nəsə olsa bununla bağlı açıqlama veriləcək”.

Baş məşqçi Rəşad Sadıqovun durumunun da qaydasında olduğunu bildirib: “Rəşadın heç bir problemi yoxdur, zədəsini də sağaldıb. Hazırda o da digər futbolçular kimi istirahətdədir”.

Son xəbərlər