"Tottenhem" baş məşqçisi ilə yollarını ayırdı

"Tottenhem" baş məşqçisi ilə yollarını ayırdı
XƏBƏR 14 İyun 2012 / 12:05 1598
-  A +

İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Hari Rednapla yollarını ayırdığı iddia olunur.

Qol.Az-ın "Sky Sport"a istinadən verdiyi məlumata görə, buna Rednapın London təmsilçisi ilə yeni müqavilə haqda anlaşa bilməməsi səbəb olub. 

Dörd il "Tottenhem"i çalışdıran 65 yaşlı mütəxəssis rəhbərliklə görüşün ardından istefa verdiyini açıqlayıb. "Tottenhem" klubunun bununla bağlı yaxın günlərdə rəsmi açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, 2008-ci ildən "Tottenhem"i çalışdıran Rednap Fabio Kapellonun istefasından sonra İngiltərə millisinin baş məşqçi postuna namizəd göstərilirdi.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı