PSJ-dən "Milan"a 50 milyon avro

PSJ-dən "Milan"a 50 milyon avro
XƏBƏR 14 İyun 2012 / 11:42 2169
-  A +

Yeni mövsüm üçün heyətini gücləndirən Fransanın PSJ klubu növbəti transfer hədəfini açıqlayıb.

Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, Paris təmsilçisi "Milan"ın müdafiəçisi Tiaqo Silvaya "elçi" düşüb.

Ötən həftə T.Silvanın transferi üçün qarşı tərəfə 40 milyon avro təklif edən PSJ rədd cavabı almışdı. Lakin klubun qətərli sahibləri bu dəfə braziliyalı futbolçunun transferi üçün 50 milyon avro ödəməyə hazırdır. Milan tərəfi isə hələlik bu təklifə münasibət bildirməkdə tələsmək niyyətində deyil. 

Qeyd edək ki, 2009-cu ildən "Milan"ın şərəfini qoruyan Silva keçirdiyi 92 oyunda 5 dəfə rəqib qapılarına yol tapıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi