Ronaldo: "Özümə çox əsəbləşdim"

Ronaldo: "Özümə çox əsəbləşdim"
AVRO-2012 14 İyun 2012 / 03:37 3553
-  A +

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Danimarka ilə görüşdən sonra öz oyununu dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, "Sport TV"yə danışan ulduz futbolçu həmin oyunda qol imkanlarını boşa verdiyi üçün özünə çox əsəbləşdiyini bildirib:

"Bəli, bu oyunda çoxlu qol epizodlarını boşa verdim. Buna görə özümə çox əsəbləşdim. Çünki daha yaxşı oynaya bilərdim. Ancaq əsas olan komandanın qələbə qazanması idi ki, bunu da bacardıq. Yolumuza davam edirik. Qarşıda Hollandiya ilə çətin oyunumuz var. Ümid edirəm ki, həmin oyunda daha yaxşı çıxış edəcəyəm".

Qeyd edək ki, "Avro-2012"də ikinci matçına çıxan Portuqaliya millisi Danimarkanı 3:2 hesabı ilə məğlub edib.


Son xəbərlər