"Xəzər Lənkəran" Ruslan Abışova 1,1 milyon dollar ödəyəcək

"Xəzər Lənkəran" Ruslan Abışova 1,1 milyon dollar ödəyəcək
ÖLKƏ FUTBOLU 14 İyun 2012 / 01:15 3646
-  A +

“Neftçi” klubu ilə yollarını ayıran Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov Avstriyaya yollanıb.

Qardaşı və meneceri Sərxan Abışovun Lent.az-a verdiyi məlumata görə, 25 yaşlı müdafiəçi Kirxdorf qəsəbəsində olan “Xəzər Lənkəran”ın düşərgəsinə üz tutub.

O, yaxın günlərdə “ağ-yaşıllar”la 2 illik rəsmi müqavilə bağlayacaq. Amma S.Abışov bildirib ki, artıq indidən R.Abışovu Lənkəran komandasının oyunçusu saymaq olar: “Ruslan “Xəzər Lənkəran”la bütün məsələlərdə razılığa gəlib. 2-3 günə rəsmi müqavilə bağlamalıdır. Artıq qardaşım yeni klubunun düşərgəsindədir və axşam ilk məşqinə çıxacaq”.

Qeyri-rəsmi məlumatlara əsasən, R.Abışova 2 illik müqavilə qarşılığında 1,1 milyon dollar ödəniləcək.

Qeyd edək ki, Ruslan Abışovun karyerasına başladığı “Neftçi” ilə müqaviləsi 2011-2012-ci il mövsümünün sonunda başa çatıb. O, “Xəzər Lənkəran”ın daha sərfəli təklifini qəbul edib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın