“Kocaelispor”dakı həmyerlilərimizin transfer qiyməti məlum oldu

“Kocaelispor”dakı həmyerlilərimizin transfer qiyməti məlum oldu
ÖLKƏ FUTBOLU 30 Aprel 2009 / 11:47 2924
-  A +

Almaniyanın “transfermarket” portalının son açıqladığı siyahıda Türkiyə superliqasında çıxış edən futbolçuların da transfer qiyməti yer alıb. Qol.Az-ın məlumatına görə, milli komandamızın kapitanı Rəşad Sadıqovun transfer qiyməti yarım milyon avrodur. İzmit klubunun şərəfini qoruyan digər həmyerlimiz - Ramal Hüseynovun transfer qiyməti isə 200 min avro dəyərində göstərilib. “Kocaelispor”un ən bahalı futbolçusu komandanın bombardiri Taner Gülləridir. Onun qiyməti 1 milyon 700 min avrodur. Murat Hacıoğlunun transfer qiyməti 1,4, Sərdar Kubilgenin qiyməti 1,3, Julio Sezarın qiyməti isə 1,2 milyon avrodur. Haızrda “Kocaelispor”da, mövsümün ilk yarısında isə “Neftçi”də çıxış etmiş Levent Kartopun qiyməti isə 300 min avrodur.       


 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın