“Rəvan” argentinalı futbolçu ilə 2 illik müqavilə imzalayır

“Rəvan” argentinalı futbolçu ilə 2 illik müqavilə imzalayır
XƏBƏR 13 İyun 2012 / 16:39 1951
-  A +

“Argentinalı hücumçu Xuan Manuel Vareayla maraqlanmağımız haqqında olan informasiya doğrudur. Bəli, onunla ilkin danışıqlarımız olub”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev deyib. O, ötən mövsümü Bosniya və Hersoqovinyanın “Şiroki Bryeq” klubunda keçirən Varea ilə müqavilə bağlamağa çox yaxın olduqlarını deyib: “Bu futbolçu ilə çox ciddi danışıqlar gedir. Əgər, razılıq əldə olunarsa Vareayla iki illik müqavilə  imzalanacaq”.

Qeyd edək ki, 1986-cı il martın 23-də Argeninada anadan olan Vareanın boyu 177 sm, çəkisi isə 76 kqdır. İlk peşəkar klubu yerli “Valez Sarsfield” olub (2006/07). Sonralar isə Argentinanın “Deportivo”, “Kentral” və Kolumbiyanın “Depor” klublarında çıxış edib. 2009-cu ili “Şiroki Briyeq” klubuna keçən Manuel Bosniya və Hersoqovina təmsilçisinin heyətində 65 oyun keçirib və 24 qol vurub.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı