Ramin Musayevdən telekanallara ittiham

Ramin Musayevdən telekanallara ittiham
MÜSAHİBƏ 13 İyun 2012 / 15:59 3410
-  A +

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Qol.Az saytına müsahibəsi

- Yəqin ki, Polşa və Ukraynada keçrilən Avropa çempionatının oyunlarını izləyirsiniz. Sizə daha çox xoş hansı komanda yaxşı təsir bağışlayır?

- Bəli, çox maraqla izləyirəm. Bir çox komandaların adlarını sadalamaq olar. Lakin oyun üslubunu bəyəndiyim İspaniya komandasını çıxışını xüsusi vurğulamaq istərdim.

- Keçmiş SSSR-i ölkələrindən olan Ukrayna və Rusiya komandalarının çıxışlarını necə qiymətləndirərdiniz?

- Bu komandalar hələ məğlubiyyət acısı yaşamayıblar. Lakin onu deyim ki, Rusiyanın əvvəlki çıxışları daha maraqlıydı. Dünənki qarşılaşmasında qoldan sonra Rusiya komandasında arxayınlaşma hiss olundu. Bunun nəticəsi kimi, qələbəni əldən verdilər. Bir sözlə, polşalılar sübut etdilər ki, futbolda arxayınlaşmaq olmaz. Ancaq belə götürəndə qrupdan birinci çıxa biləcək komanda Rusiyanı hesab edirəm.

- Bəs, Hollandiya və Portuqaliyanın zəif çıxışını nə ilə əlaqələndirərdiniz?

- Portuqaliyanın almanlarla qarşılaşmada bəxti gətirmədi. İstər ilk hissədə, istərsə də, ikinci yarıda. Hətta qapılarında qol gördükdən sonra belə, bir neçə qol şansını qaçırdılar. Düşünürəm ki, Potuqaliya bugünkü qarşılaşmada öz sözünü deyəcək. Açığı, Danimarka futbolunu  bəyənmirəm. Həmçinin də inanmıram ki, Danimarka nəsə uğur əldə edə bilsin. Hollandiyanın da qrupdan çıxmaq üçün şansı qalır. Onların danimarkalılara məğlubiyyətini  sensasiya adlandırmaq olar.

- Bu Avropa çempionatında sizin fovaritiniz kimdir?

- İspaniya. 2010-cu il dünya çempionatında da onlara azarkeşlik edirdim. Bu Avropa çempionatında ispanlar çempion olmasalar da, ən azıı ikinci yeri tutmalıdırlar.

- Bəs, hakimliyin səviyyəsi barədə nə deyə bilərsiniz?

- Hələ ki, bəyəndiyim yeganə hakim türkiyəli Cüneyt Çakırdır. Demək olar ki, oyunu səhvsiz idarə etdi. Lakin Avropa çempionatı olmasına baxmayaraq, digər hakimlərin idarəçiliyindən  narazı qaldım. Elə səhvlərə yol verdilər ki, çox təəccübləndim.

- Növbəti mövsümdə Unibank Premyer Liqanın başlama vaxtını dəqiqləşib?

- İnşallah, avqustun 4-də çempionat start götürəcək.

- Jurnalistlərin çoxu oyundan sonra məşqçilərin birlikdə mətbuat konfransı keçirməsinə etiraz edirlər. Çünki onda heç bir məşqçi ürəkli danışa bilmir. Bu yöndə hər hansı bir yenilik olacaqmı?

- Kimisi tək, kimisi də ikilikdə mətbuat konfransı keçirməyə üstünlük verir. Vacib olan  məşqçilərin ora gəlməsidir.

- Teleyayımla bağlı məsələ nə yerdə qaldı? Telekanalların tenderdə iştirak edəcəyini gözləyirsiniz?

- Tenderdən ciddi şey gözləmirəm. İnanmıram ki, hansısa televiziya yerli futbolumuz diqqət ayırsın. Lakin inanıram ki, çempionatımızı böyük maraqla izləyən azarkeşlərimiz televiziyaları oyunları yayımlamağa məcbur edəcək. Çox maraqlıdır ki, başqa ölkənin çempionatlarını böyük həvəslə yayımlayırlar, ancaq dövlətimizdən, millətimizdən qazandıqları pullardan öz ölkəsinin idmanına xərcləmək istəmirlər. Bax, bu, çox maraqlıdır.

- Çempionatın püşkatması nə vaxt baş tutacaq?

- Bu püşkatma iyul ayının 14-nə qədər keçiriləcək.

- Növbəti mövsümdə hansısa hakimin kənarda qalacağı gözlənilirmi?

- Buna Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova daha dəqiq cavab verə bilər. Lakin hər şey mümkündür. Elə ola bilər ki, səhvə görə cəzalanan hakimlər yenidən geri qaytarılsın.

- Bəs hakimlərin Sloveniyadakı təlim-məşqi nə  vaxta planlaşdırılıb?

- Onların təlim-məşq toplanışı iyulun 5-də başlayacaq.

Əli HƏYATİ

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi