“Məgər, çempionatda yerli qapıçı var?”

“Məgər, çempionatda yerli qapıçı var?”
MÜSAHİBƏ 13 İyun 2012 / 13:46 2802
-  A +

Azərbaycanın veteran qapıçılarından olan Nizami Sadıqov Qol.Az-a müsahibə verib

- Azərbaycan qapıçılıq məktəbinin son durumu sizi qane edir?

- Açığı, qane eləmir. Məgər çempionatda yerli qapıçı var? Belə götürəndə cəmi 2-3 qapıçı var ki, öz klubunda əsas heyətdə dayanır. Kamran Ağayev, Rauf Mehdiyev, Anar Nəzirov. Rauf da demək olar ki,  50/50 dayanır. Bir də "Sumqayıt"ın qapıçısı Andrey Popoviçi qeyd edərdim.

- Nəzərə alaq ki, Popoviç milliyyətcə azərbaycanlı deyil.

- Hər halda bu fikri, tam olaraq qəbul etmirəm. Çünki hər necə olsa, bizim millinin şərəfini qoruyur.

- Son zamanlar Səlahət Ağayev, Aqil Məmmədov kimi gənc yerli qapıçıların oynamaq şansı qazanması yəqin ki, müsbət hal kimi dəyərləndirilə bilər.

- Səlahətin elə yaş dövrüdür ki, oynamalıdır. Aqil də həmçinin. Eşitdiyimə görə, Səlahət “Sumqayıt”a keçib. Heç olmasa orada oynasın, oyun praktikası artsın. Yenə deyirəm, saysaq, maksimum 3-4 yerli qapıçı adı çəkə biləcəyik. Bu isə həddindən artıq azdır. Gərək qapıçı çox olsun ki, millidə də rəqabət yarana.

- Sizin dövrünüzdə rəqabət daha güclü idi?

- Əlbəttə. Onda kifayət qədər səviyyəli yerli qapıçı var idi.

- Bəlkə burada limit söhbəti də öz rolunu oynayır? Məsələn, Hüseyn Məhəmmədov belə bir təklif irəli sürüb ki, İranda olduğu kimi, bizdə də qapıçılara limit qoyulsun və çərçivəni ancaq yerlilər qorusun...

- Bu məsələdə klubların işinə qarışa bilmərəm. Amma təbii ki, milliyə qapıçı yetişdirmək üçün ölkə çempionatında da daha çox yerli qapıçılara şans verilməlidir.

- Tovuzlu kimi yəqin ki, “Turan”ın hazırkı durumu sizə də pis təsir edir...

- Əlbəttə pis təsir edir. Çünki burada həmişə güclü futbolçular olub. Lakin son illər sponsorun yoxluğu özünü açıq şəkildə göstərir. Amma heç istəməzdim ki, buradakı istedadlar itib batsınlar. 


Anar XANLAROV

 

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi