Şevçenko avtomobil qəzasına düşdü

Şevçenko avtomobil qəzasına düşdü
XƏBƏR 13 İyun 2012 / 12:23 2626
-  A +

Şevçenko avtomobil qəzasına düşdü
Futbol üzrə Ukrayna milli komandasının kapitanı Andrey Şevçenko avtomobil qəzasına düşüb.

36 yaşlı hücumçunun idarə etdiyi avtomobilə Çin istehsalı olan “cip” çırpılıb.

Hadisə Avropa çempionatında Ukraynanın İsveç üzərində qazandığı 2:1 hesablı qələbədən bir neçə saat sonra baş verib. Şevçenkonun idarə etdiyi “Porsche” markalı avtomobildə həyat yoldaşı Kristen Pazik də olub. Onlar evə qayıdarkən futbolçu piyada keçidində azarkeşlərə yol vermək üçün maşınını saxlayıb. Bu zaman onun maşınını arxadan “cip” vurub.

Şevçenko vəziyyəti aydınlaşdırmaq üçün avtomobilindən çıxarkən, azarkeşlərə avtoqraf paylamalı olub. Onun ətrafına xeyli fanat toplaşıb. Futbolçunun özünü isə daha çox hamilə həyat yoldaşının zərər çəkməməsi maraqlandırıb.

Qeyd edək ki, hadisə zamanı heç kim xəsarət almayıb.


Xəbər: Lent.az

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord