Löv: "Hollandiyayla oyun son 20-30 ilin ən yaxşı matçı olacaq"

Löv: "Hollandiyayla oyun son 20-30 ilin ən yaxşı matçı olacaq"
AVRO-2012 13 İyun 2012 / 11:32 2217
-  A +

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv bu axşam qarşılaşacaqları Hollandiya ilə oyun haqda danışıb.

Qol.Az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına müsahibə verən almaniyalı mütəxəssis bu oyunu son 20-30 ilin ən yaxşı görüşü adlandırıb:

"Hər iki komanda güclü hücum xəttinə malikdir. Hollandiya millisinə qarşı təkbətək oynamaq çox çətindir. Çünki onların heyətində dünya səviyyəli futbolçular çıxış edir. Bu baxımdan müdafiəçliərimiz daha diqqətli oynamalıdırlar.

Almaniya - Hollandiya görüşü hər bir turnirdə final xarakteri daşıyır. Düşünürəm ki, axşamkı oyun son 20-30 ilin ən yaxşı matçı olacaq. Daha əvvəl nə baş veribsə, bunlar artıq tarixdə qalıb. Əgər Hollandiya bu axşam uduzarsa, bu onlar üçün tarix olacaq".

Qeyd edək ki, Hollandiya - Almaniya oyunu bu axşam Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Son xəbərlər