Cavid Hüseynov: “İnşallah, Qəbələdə 6 top buraxmarıq”

XƏBƏR 29 Aprel 2009 / 21:58 2367
-  A +

“5:0 o demək deyil ki, “Qəbələ” zəif komandadır. Əksinə, rəqib çox güclüdür. Topu özündə yaxşı saxlamağı bacaran komandadır. Bilirdik ki, bura ən azından heç-heçə üçün gəliblər ki, cütün taleyini təkrar oyunda həll etsinlər. Biz də bütün bunları nəzərə alaraq oyuna ciddi hazırlaşmışdıq. Çünki burada cütün taleyini həll etməsəydik, Qəbələdə işimiz çox çətin olacaqdı. Üstəlik o cür qazonda. Şadam ki, hər şey istədiyimiz kimi oldu. İnşallah, Qəbələdə 6 top buraxmarıq (gülür)”. Bu sözləri Qol.Az-a “İnter”in və Azərbaycan milli komandasının hücumçusu Cavid Hüseynov deyib. Cavid bundan sonra əsas heyətdə mütəmmadi meydançaya çıxaraq, milli komandada da özünü ən yaxşı tərəfdən göstərəcəyinə inanır: “Necə oynadığımı mütəxəssislər deyə bilər. Öz oyunuma qiymət vermək istəməzdim. Hər halda əlimdən gələni elədim. Nəzərə alaq ki, oyun praktikam da yox idi. Çoxdan idi meydança üzü görmürdüm. İnanıram ki, bundan sonra əsas heyətdə daha çox  oynamaq şansı qazanacağam”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı