Robben: "Almaniyanı məğlub edəcəyik"

Robben: "Almaniyanı məğlub edəcəyik"
AVRO-2012 13 İyun 2012 / 03:08 2541
-  A +

Hollandiya millisinin hücumçusu Aryen Robben "Avro-2012"də bu axşam qarşılaşacaqları Almaniya ilə görüş haqda danışıb.

Qol.Az-ın məlumatına görə, "De Telegraaf"a açıqlamasında "Bavariya" klubunun aparıcı üzvü bu oyunda Almaniya yığmasına qalib gələcəklərinə inandığını bildirib:

"Almaniyanın gücünü hər kəs bilir. Fiziki cəhətdən çox güclü və stabil oynayan komandadır. Ancaq biz də özümüzə güvənirik. Çox yaxşı komandaya sahibik və Almaniyanı məğlub edə bilərik. Əgər bunu bacarsaq, bizim üçün əla olacaq".

Qeyd edək ki, Hollandiya - Almaniya görüşü bu axşam Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı