Advokat: "Blazikovski qapımıza doğru 100 zərbə endirirsə..."

Advokat: "Blazikovski qapımıza doğru 100 zərbə endirirsə..."
AVRO-2012 13 İyun 2012 / 02:45 3296
-  A +

"Rəqibimiz gözəl oyun nümayiş etdirdi. Polşa millisi qapımız ağzında bir neçə təhlükəli epizod yaratdı. Nəticədə bir qol vurmağa müvəffəq oldular. Bu isə o deməkdir ki, müdafiə xəttində daha çox işləmək lazımdır".

Qol.Az-ın məlumatına görə, bu sözləri Rusiya millisinin baş məşqçisi Dik Advokat Polşa ilə oyundan sonra (1:1) keçirilən mətbuat konfransında deyib.

Hollandiyalı mütəxəssis heç-heçəyə baxmayaraq, komandasının oyunundan razı qaldığını bildirib: "Əlbəttə, bu oyunda qələbə qazansaydıq, əla olardı. Ancaq üstünlüyü əldən verdik. Əgər rəqib futbolçu Blazikovski qapımıza doğru 100 dəfə zərbə endirirsə, təbii ki, bunlardan biri qol olmalıdır. Bununla belə, komandam yaxşı oynadı".


Son xəbərlər