Santuş: "Rusiya yığmasını məğlub edəcəyik"

Santuş: "Rusiya yığmasını məğlub edəcəyik"
AVRO-2012 13 İyun 2012 / 00:32 2223
-  A +

"Oyunun əvvəlində ardıcıl iki qol buraxdıq. Təbii ki, bu da oyunumuza təsirsiz ötüşmədi. Ancaq ikinci hissədə oyunda dönüş yarada bilərdik".

Qol.Az-ın məlumatına görə, bu sözləri Yunanıstan millisinin baş məşqçisi Fernando Santuş Çexiya ilə oyundan sonra (1:2) keçirilən mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis ikinci hissədə daha yaxşı oynadıqlarını və bir xal qazanmağa yaxın olduqlarını bildirib: "İkinci hissədə daha yaxşı oynadıq. Topa nəzarət edirdik və təzyiqi artırmışdıq. Son dəqiqələrdə bərabərlik qolunu vura bilərdik. Lakin alınmadı. Bununla belə, bizim qarşıda hələ bir oyunumuz da var. İnanıram ki, Rusiya yığmasını məğlub edəcəyik".


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı