Varşavada "rus yürüşü"ndə dava düşdü, bir azarkeşin ölüm xəbəri yayıldı (VİDEO)

Varşavada "rus yürüşü"ndə dava düşdü, bir azarkeşin ölüm xəbəri yayıldı (VİDEO)
AVRO-2012 13 İyun 2012 / 00:11 2566
-  A +

Polşa və Rusiya milli komandalarının “Avro-2012”dəki oyununda əvvəl rus azarkeşlərinin Varşavada keçirdiyi yürüşdə insident baş verib.

Qol.Az-ın məlumatına görə, yürüş zamanı hər iki komandanın azarkeşləri arasında dava düşüb. Polis sakitlik yaratmaq üçün havaya güllə atmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, dava nəticəsində hər iki tərəfdən ciddi xəsarət alan olub. Sosial şəbəkələrdə isə hətta bir rus azarkeşinin ölməsi xəbəri yayılıb. Rusiyanın Polşadakı səfərliyindən İTAR-TASS agentliyinə bildirilib ki, bu məlumatın həqiqətə uyğun olub-olmadığı araşdırılır.
 
Son məlumata görə, polis hər iki tərəfdən üst-üstə 56 nəfəri saxlayıb.



Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı