Polşa – Rusiya oyununda siyasi qalmaqal

AVRO-2012 13 İyun 2012 / 00:00 2570
-  A +

Polşa və Rusiya milli komandalarının bu gün Varşavada keçirilən oyununda siyası qalmaqala səbəb olacaq ciddi hadisə baş verib.

Qol.Az-ın məlumatına görə, oyunu canlı yayımlayan Türkiyənin TRT1 kanalının şərhçiləri bildiriblər ki, Rusiyanın dövlət himni səslənən zaman bu ölkədən olan azarkeşlər üzərində “Bura Rusiyadır” sözləri yazılmış pankart açıblar. Bu zaman polşalı azarkeşlər rus azarkeşlərini fitə basmağa başlayıblar. Tühlükəsizlik qüvvələrinin də müdaxilısindən sonra ruslar bu siyasi pankartı yığışdırıblar.

UEFA-nın bu məsələylə bağlı hansı qərar verəcəyi maraq doğurur.

Qeyd edək ki, Rusiya ərazisində Polşa prezidenti Lex Kaçinskinin ölümü ilə nəticələnən təyyarə qəzasından sonra iki ölkə arasında siyasi gərginlik davam edir. Bu gərginliyin nəticəsidir ki, bu gün hələ oyundan əvvəl rusiyalı və polşalı azarkeşlər arasında Varşavada insident baş verib.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord