Valentin Belkeviç: “Azərbaycanda meydançalar çox bərbad idi”

Valentin Belkeviç: “Azərbaycanda meydançalar çox bərbad idi”
MÜSAHİBƏ 12 İyun 2012 / 19:15 3471
-  A +

“İnter”in sabiq futbolçusu, bir vaxtlar dahi Valeriy Lobanovskinin rəhbərlik etdiyi Kiyev "Dinamo"nun aparıcı futbolçularından olmuş Valentin Belkeviç Qol.Az-a müsahibə verib

- “Dinamo” (Kiyev) kimi klubu tərk edib Azərbaycana gəlişin çoxları üçün gözlənilməz olmuşdu?

- 2008-ci ildə “Dinamo”dan ayrılanda artıq 35 yaşım var idi. Bu ərəfədə Bakı “İnter”indən təklif gəldi. Təcrübəli futbolçu kimi xidmətimdən istifadə etmək istəyirdilər. Mən də razılaşdım və düşündüm ki, təcrübəmi sizinkilərlə bölüşüm.

- Ancaq mövsümü başa vurmadın?

- Oynaya-oynaya həm də məşqçilik kursunu oxuyurdum. Elə oldu ki, qışda bu lisenziyanı aldım. Baxmayaraq ki, “İnter”lə mövsümün sonuna kimi müqaviləm olsa da, qarşılıqlı razılıqla müqavilənin qalan hissəsini pozduq. Mən isə, ümumiyyətlə, futbolçu karyeramı başa vurdum.

- Hazırda nə işlə məşğulsan?

- Kiyevdəyəm, “Dinamo”nun gənclər komandasında çalışıram.

- Azərbaycan çempionatını izləyirsən?

- Düzü, buna o qədər də vaxtım yoxdur. Arada millinizin nəticələri ilə internetdən tanış oluram.

- Azərbaycan yaddaşında necə qaldı?

- Baxmayaraq ki, orada cəmi 6 ay yaşadım, xatirələrim çox yaxşıdır. “İnter”də yaxşı kollektiv və mehribançılıq idi. Bakı da kifayət qədər müasir şəhər idi. Düzdür, uyğunlaşmaq baxımından problem oldu. Çünki mənim onda daha 18-20 yox, 35 yaşım var idi.  

- Bəs, futbolumuzla bağlı hansı xatirələrin qalıb?

- Mən oynadığım dövrdə Azərbaycanda meydançalar çox bərbad idi.

- “İnter” bu il Avropa Liqasında çıxış edəcək...

- Bu yaxşıdır ki, komanda iddiasını qoruyub-saxlayıb. “İnter”ə ancaq uğurlar arzulaya bilərəm.


Anar XANLAROV

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord