Varşavada rus və polşalı azarkeşlər arasında dava düşdü

AVRO-2012 12 İyun 2012 / 18:51 2347
-  A +

Bu gün axşam Polşa və Rusiya milliləri arasında keçiriləcək “Avro-2012”nin oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında ciddi insident yaşanıb.

Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, hadisə Varşava şəhərinin mərkəzindəki restoranlardan birində baş verib. Ruslar iddia edib ki, 50-dək polşalı xuliqan onlara hücum edib. “Sport-ekspress” qəzeti hücum edənlərin hamısının maskada olduğunu yazıb. Restorandan çöldə olan bir qrup polşalı azarkeşin isə rus fanatlarına tərəf müxtəlif əşyalar atdığı xəbər verilir.

Məlumatda qeyd olunub ki, rusiyalı azarkeşlər polşalıların hücumunu cavabsız qoymayıblar.

Hadisi nəticəsində bir rusiyalı azarkeşin başından ciddi xəsarət aldığı bildirilir.

Rusiya mətbuatının yazdığına görə, Polşa polisi hadisə yerinə yalnız insident yekunlaşandan sonra gəlib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord