“Avro-2012”də “rus mafiyası”

AVRO-2012 12 İyun 2012 / 16:35 2946
-  A +

Dünən İngiltərə və Fransa milli komandalarının Ukraynanın Donetsk şəhərində keçirilən oyunundan əvvəl insident yaşanıb.

Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bir qrup ingilis azarkeş britaniyalı polis əməkdaşı Devid Xeysmenin üzərinə hücum edərək onu döyməyə başlayıblar. Bu zaman onlar “Biz rus mafiyasıyıq” ifadəsini də işlədiblər.

Amma polis özü bildirib ki, ona hücum edən rus yox, İngiltərə millisinin formasında olan başqa millətin nümayəndələri hücum ediblər.

Hadisə zamanı Xeysmen ciddi xəsarət almayıb.


Son xəbərlər