Azərbaycan millisi Almaniyaya gedəcək

Azərbaycan millisi Almaniyaya gedəcək
XƏBƏR 12 İyun 2012 / 15:40 1417
-  A +

İyunun 17-dən 30-a qədər Almaniyanın Frankfurt şəhərində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasıın təlim-məşq toplanışı keçiriləcək.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, toplanış çərçivəsində Lüksemburqun U-16 yığması ilə 2 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, yığmamız iyulun 1-dən 5-dək Almaniyanın Duysburq şəhərində təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək.

Yığmanın heyətinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
 
Qasımov Ağaseyid – «İnter»
Peyman Natiq – «İnter»
Mustafazadə Bəhlul – «Qəbələ»
Hüseynov Roman – «Qəbələ»
Əlibabayev Vüqar – «Qəbələ»
Mirzəyev Sahil – «Qəbələ»
Süleymanov Coşqun – «Qəbələ»
Hüseynov Məhəmməd – «Qəbələ»
Dedyukin Aleksey – «Qəbələ»
Məmmədzadə Mirəli – «Qəbələ»
Əsədli Fərid – «Qəbələ»
Məmmədli Əlibəy – «Rəvan»
Həsənov Anar – «Rəvan»
Babayev Heydər – «Xəzər Lənkəran»
Cəfərov Elnur – «Xəzər Lənkəran»
Turabov Eltun – «Qarabağ»
Cəbrayılov Şahban – «Qarabağ»
Məmmədov Məmməd – «Dukla» (Çexiya)

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı