“Neftçi” klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidovun Qol.Az saytına müsahibəsi
- Komandanız Çempionlar Liqasının oyunlarına necə hazırlaşır?
- Türkiyədəki təlim-məşq prosesinin və bir neçə yoldaşlıq görüşünün “Neftçi”yə çox böyük köməkliyi dəyəcək. Keçən il Zaqreb “Dinamo”suyla düşdük. Komanda Xorvatiyayla oyuna pis hazırlaşmamışdı. Lakin görünür, daha çox hazırlıq keçmək lazımdır. Yəqin, nəyisə az etmişdik ki, yetərli olmamışdı. Ona görə də bu dəfə daha çox çalışaraq, ələ düşən imkanlardan istifadə etməyə, bəzi nöqsanları aradan götürməyə çalışacağıq.
- Sənin “Neftçi”də qalacağın artıq dəqiqləşdi. Müqavilənin müddəti neçə il oldu?
- “Neftçi”ylə dünən üç illik yeni müqaviləyə qol çəkmişəm. Bu, müqavilə mənim üçün çox böyük sevincə səbəb oldu. Mən “İnter”in futbolçusu olanda da “Neftçi”nin oyunlarını izləyirdim. Yəni, bu komandaya vurğunam.
- Digər komanda yoldaşların Ruslan Abışov və Ruslan Əmircanov haqda nə dəyə bilərsən? Onları ”Neftçi”dən gedərək başqa kluba keçmək istəmələrini necə qarşladın?
- Hərənin öz şəxsi fikri var. Hər iki futbolçuyla çox yaxşı münasibətdəyəm. İndi futbol aləmində belə şeylər olur. Luiş Fiqo da “Barselona”da əvəzolmaz hesab edilirdi. Lakin gözlənilmədən “Real”a keçdi.
- Deyilənə görə, səni “Neftçi”də klubun prezidenti Sadıq Sadıqovla qohumluq münasibətlərinə görə saxlayıblar.
- Bunu mən çox adamdan eşitmişəm. Amma “Neftçi”də saxlayıblarsa, bunu mənim qara qaşıma, qara gözümə aşiq olduqları üçün etməyiblər. Bizim münasibətlərimiz futbolla bağlı deyil. Ümumiyyətlə, dostluq qıraqda olan bir şeydir. İş işdir, dostluq isə dostluqdur. Sağ olsunlar, mənim üçün böyük dayaqdırlar. Ancaq o demək deyil ki, dostluğumuz futbolla bağlıdır. Birinci növbədə, futbol mənim işimdir. Əgər, işi yerinə düzgün yetirə bilmərəmsə, məşqçi heç vaxt məni meydana buraxmaz. Burada da heç kimin rolu olmaz ki, mən komandanın heyətində yer alım. Meydana çıxıb zəif oynayaramsa, bütün mətbuat qarşısında hər şey agah olar. Bir də ki, futbolu nə vaxtsa qurtara bilərəm, lakin dostluq əbədidir. Hər kəsin öz əziyyəti var. Demirəm ki, köməklik göstərməyib. Mənim üçün böyük bir dayaqdır. Lakin futbolda bizim də əziyyətlərimiz çox olub. Əksinə, mən ikiqat güclə çalışıram ki, kiminsə başını aşağı salmayım. Heç mən özüm xoşlamaram, desinlər ki, kiməsə görə futbol oynayıram. Kimsə mənim yaxınımdırsa və sırf təsadüfdən bir klubda çalışırıqsa, neyləmək olar. Mən “Neftçi”də oynayandə Sadıq müəllim klubda yox idi. Yəni, bu təsadüfən olan bir şeydir ki, bir yerdə işləyirik. Əgər, Sadıq müəllim bura gəlibsə, mən elə bir oyun oynamalıyam ki, haqqımda ancaq yaxşı fikirdə olsun. Fikirləşsin ki, bu ancaq işiylə məşğuldur.
- Səni özündən razı futbolçu olduğun da söylənilir. Həmçinin məşqlərdə intizamsızlıq etdiyin iddia olunur...
- Məşq zamanı hirsləndiyim olubsa da, özümə acığım tutub. Yəni, özümü daha çox qınamışam. Durum kiminsə üstünə əsəbiləşim, lazımsız söz danışım, belə şeylər olmayıb. Buna yüz faiz əmin ola bilərsiniz.
- Hətta millinin düşərgəsində məşq zamanı komanda yoldaşlarınla, baş məşqçinlə də, yersiz zarafatlar etdiyin deyilir. Bildirirlər ki, intizamsızlığa yol verərək, yetənə ilişirsən. Bu barədə nə deyərdin?
- Unutmayın milli komandada baş məşqçimiz almaniyalıdır. Məşqlərdə çox böyük səylə çalışıram ki, söz-söhbəti yığışdırım. Bəli, hələ U-17-də oynayanda problemlər yaşanmışdı. Amma bir insan zarafatı xoşlayırsa, o demək deyil ki, bütün məşq zamanı belə oluruq. Oradakı məşqçilərin hər birindən soruşa bilərsiniz. Əgər, mənim onlara qarşı hörmətsizliyim olubsa, ən azı özünə hörmət edən məşqçi məni milliyə çağırmaz. Demək ki, belə bir şey yoxdur. Mən heç özüm buna yol vermərəm.
Əli HƏYATİ
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı
Aydın finala çıxdı
Şeydayevin qol imkanları... - Video
"Milan" Piolini istefaya göndərir
Mourinyo: "Məni hələ uzun məşqçilik karyeram gözləyir"
Bu mövsümün sonunda "Çelsi"dən ayrılacaq
Azərbaycan şahmatçısından maksimum nəticə
Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir
"İnter"in çempion olduğu Milan derbisi - Video
"Fənərbaxça" Sivasda büdrədi - Video
La Liqada 32-ci tur yekunlaşdı
“İnter” çempionluğunu rəsmiləşdirdi
"Roma" öz meydanında uduzdu - Video
Diniyev - Şeydayev qarşıdurmasında kim sevindi?
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda