“Bakı” rəhbərliyində istefa

“Bakı” rəhbərliyində istefa
GÜNDƏM 12 İyun 2012 / 14:36 2694
-  A +

“Bakı” klubunun rəhbərliyində istefa baş verib. Qol.Az-ın məlumatına görə, klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Nəriman Mehdiyev tutduğu vəzifədən gedib.

Məlumatı Qol.Az-ın müxbirilə söhbətində N.Mehdiyev özü də təsdiqləyib.

O qeyd edib ki, işində nöqsana yol verdiyini başa düşür: “Mən öz üzərimə düşəni edərək istefa ərizəmi yazıb klub rəhbərliyinə təqdim etmişəm”.

Qeyd edək ki, “Bakı”da keçirilən son toplantıda klubun prezidenti Hafiz Məmmədov U-15 liqanın “Neftçi” – “Bakı” oyunundan sonra yaranmış qalmqala görə klubun icraçı direktoru Yaşar Seyidova şiddətli töhmət elan edib. Bundan başqa, H.Məmmədov bu məsələylə bağlı klubun mətbuat xidmətinin onunla razılaşdırılmadan açıqlama yaydığına görə cəza tədbirləri görüb. Lakin “Bakı”nın rəsmi saytı tədbirlərin konkret nədən ibarət olduğunu açıqlamayıb.

Əldə etdiyimiz məlumata görə, hələlik klub rəhbərliyi N.Mehdiyevin istefasıyla bağlı yekun qərar verməyib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı