“Sponsor tapılmasa, “Turan”ın vəziyyəti ağır olacaq”

XƏBƏR 29 Aprel 2009 / 19:25 2079
-  A +

“Mən də eşitmişəm ki, aparıcı futbolçular hazırkı vəziyyətdə qalıb, “Turan”da oynamaq istəmirlər. Etiraf edirəm  ki, növbəti mövsümə kimi sponsor tapılmasa, “Turan”ın vəziyyəti ağır olacaq. Halbuki indiki heyətə 3-4 futbolçu əlavə etsək, yaxşı komanda yaratmaq olar”. Bu sözləri Qol.Az-a “Turan”ın baş məşqçisi Rasim Əliyev deyib. Əliyev istənilən halda komandanın yaşayacağına inanır: “Komanda olmağına yəqin ki, olacaq. Çünki Tovuzda futbolçu var. Hər halda inanırıq ki, rəhbərlik sponsor tapa biləcək. Mənə gəlincə, rəhbərlik məsləhət bilsə qalıb işləyəcəm. Olmasa postumu tərk edəcəm”.


Son xəbərlər