Portuqaliya millisində qalmaqal: bütün komanda Ronaldoya qarşı çıxdı

Portuqaliya millisində qalmaqal: bütün komanda Ronaldoya qarşı çıxdı
AVRO-2012 12 İyun 2012 / 14:10 4523
-  A +

Portuqaliya milli komandasının düşərgəsində qalmaqal baş verib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, “Avro-2012”nin ilk turunun oyununda almanlara 0:1 hesablı məğlubiyyətdən sonra Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo əsəbi halda kapitan sargısını qolundan çıxararaq yerə tullayıb. Bundan sonra o, digər komanda yoldaşlarından fərqli olaraq tribunaya yığışan azarkeşlərə tərəf gedib onları alqışlamaq əvəzinə birbaşa paltardəyişmə otağına yollanıb. Ronaldo hətta onun dayandırmaq istəyən baş məşqçi Paulo Bentunun xahişini də yerə salıb.

Lakin narazılıq bununla bitməyib. Məlumatda bildirilir ki, bu hərəkətinə görə paltardəyişmə otağında Bentu Ronaldoya ciddi irad tutub. Əvəzində isə “Real”ın hücumçusu baş məşqçisinə kəskin cavab alıb.

Bildirilir ki, komandanın demək olar ki, bütün oyunçuları Ronaldonun son hərəkətlərindən narazı qalıb. Onu yalnız “Real”dakı komanda yoldaşı Pepe dəstəkləyir. Ronaldoya qarşı əks-düşərgəyə isə Nani başçılıq edir. İddia olunur ki, Naniylə Ronaldo meydançadan kənarda ümumiyyətlə, danışmırlar.


Son xəbərlər