Qurban Qurbanov əlçatmazdı (Statistika)

Qurban Qurbanov əlçatmazdı (Statistika)
XƏBƏR 12 İyun 2012 / 12:10 2364
-  A +

Azərbaycan yığması 1994-cü ildən bu yana rəsmi oyunlarda-AÇ və DÇ-nın seçmə mərhələsində-çıxış edirlər. Qol.Az-ın məlumatına görə, geridə qalan 9 seçmə mərhələdə 9 futbolçu bombardirlik keyfiyyətləri ilə seçilib.

Təbii ki, bizim millinin məsuldarlığı çərçivəsində olan bombardirlikdən söhbət gedir. Deyək ki, hansısa iddialı millinin futbolçusu bəzən bir seçmə mərhələdə 10 qol vura bilər. Hansı ki, Azərbaycan millisi, ümumilikdə, seçmə mərhələ çərçivəsində bu qədər qola imza ata bilmir. Bu mənada bizim bombardirlərin də məsuldarlığı ən yaxşı halda 2-3 top olur.

Məsələn, AÇ-2012-nin seçmə mərhələsindəki bombardirlərimiz Rauf Əliyev, Vüqar Nadirov və Vaqif Cavadov oldu. Adları çəkilən futbolçular hərəyə 2 qol vurublar. Rauf Belçika (ev) və Qazaxıstan (ev), Vüqar Qazaxıstan (səfər) və Avstriya (ev), Vaqif isə Almaniya (səfər) və Qazaxıstan (ev) matçlarında fərqləniblər. Qalan 4 qola isə Ruslan Abışov (Belçika, səfər), Rəşad Sadıqov (Türkiyə, ev), Murad Hüseynov (Almaniya, ev), Mahir Şükürov (Qazaxıstan, ev) imza atıblar. Bu arada qeyd edək ki, Vaqif Cavadov millinin heyətində vurduğu qolların sayını 8-ə çatdırdı və bununla da ümumi sıralamada ikinci pilləyə yüksəldi. Hazırda onu ilk sırada qərarlaşan Qurban Qurbanovdan 6 qol ayırır. Lakin nəzərə alaq ki, Qurbanov karyerasını başa vurub, Vaqifin isə hələ 23 yaşı var. Deməli, Cavadov millidəki məsuldarlığını artıracağı halda ilk sıranı da ələ keçirə bilər. Ümumi siyahı isə bu cürdür:

Qurban Qurbanov                67 oyun  14 qol
Vaqif Cavadov                    30 oyun   8 qol
Elvin Məmmədov                 22 oyun   7 qol
Branimir Subaşiç                 26 oyun   6 qol
Zaur Tağızadə                    40 oyun   6 qol
Nazim Süleymanov              24 oyun   5 qol
Fərrux İsmayılov                 34 oyun   5 qol
Vidadi Rzayev                    38 oyun   5 qol
Vyaçeslav Lıçkin                 45 oyun  5 qol


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı